RƏSMİ XRONİKA
Oslo Azərbaycan Evi-nin təsisçisi və sədri, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi və baş katibi, Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Ramil Əliyevdən
Cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi öz adımdan, Norveç Krallığında yaşayan azərbaycanlılar və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız adından təbrik edir, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Mütləq səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz həm xaricdə yaşayan azərbaycanlılar, həm də xalq arasında yüksək nüfuzunuzun olduğunu bütün dünyaya təsdiqlədi. Əminik ki, Prezidentliyinizin növbəti beş ilində də Norveç və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərinləşməsi və genişlənməsi işinə dəstək verəcəksiniz.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Ramil Əliyev
Oslo Azərbaycan Evi-nin təsisçisi və sədri,
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi və
baş katibi,
Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin üzvü,
Dünya Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü