İDMAN


Ötən ay Bakıda iki idman qurğusu istifadəyə verilib

Ötən ay Bakıda iki idman qurğusu istifadəyə verilib

Bakı, 1 aprel, AZƏRTAC

Martda Bakıda iki idman qurğusu istifadəyə verildi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.

Nazir qeyd edib ki, Sabunçu rayonunda yerləşən Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışını etdik. Sakinlərin gündəlik məşq etməsi, atletika ilə məşğul olması üçün nəzərdə tutulan iki zolaqdan ibarət qaçış cığırı xüsusi EPD yer örtüyü ilə təmin edilib. Bu isə cığırın yumşaqlığı sayəsində qaçışın daha səmərəli və təhlükəsiz olmasına imkan yaradır. Hər kəsi səhərlər bu cığırda məşq etməyə və sağlamlığın qayğısına qalmağa dəvət edirəm. Bu layihənin reallaşmasında göstərdiyi dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Holcim” ASC-yə təşəkkür edirəm. Daha bir məkanda – Xətai rayonu, Əhmədli qəsəbəsində istifadəyə verdiyimiz "İdman zonası"nda isə stolüstü tennis, minifutbol və basketbol meydançaları, şahmat guşəsi, uzunluğa tullanma zolağı salınıb, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Gəncliyimizi sağlam gələcəyə doğru aparan yolda sağlam həyat tərzinin təbliği çox vacibdir. Buna görə də əhalinin idmanla kütləvi məşğul olmasını təmin etmək məqsədilə bu cür layihələrin davamlı olmasını düşünürük.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.