İQTİSADİYYAT


Ötən ay “TURKUAZ” layihəsi çərçivəsində 222 konteyner daşınıb

Ötən ay “TURKUAZ” layihəsi çərçivəsində 222 konteyner daşınıb

Bakı, 5 iyul, AZƏRTAC

İyun ayı ərzində “TURKUAZ” layihəsi çərçivəsində hər iki istiqamətdə ümumilikdə 222 konteyner daşınıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, ötən ay Azərbaycandan Türkiyəyə 4 konteyner blok qatarında əsasən kimya sənayesi məhsulları ilə yüklənmiş 82 konteyner yola salınıb. Konteynerlərdən 72-si 45 futluq, 10-u isə 20 futluq olub. Azərbaycandan Türkiyəyə bu müddət ərzində “TURKUAZ” exspres blok qatarları ilə ümumilikdə 2214 ton yük daşınıb.

Bu layihə çərçivəsində ötən ay Türkiyədən Azərbaycana 5 blok qatarda 140 konteynerlə ümumilikdə 3780 ton yük çatdırılıb. Konteynerlərdən 118-i 20 futluq, 22-si isə 45 futluq olub. Konteynerlərlə Türkiyədən Azərbaycana əsasən kimya sənayesi məhsulları, inşaatda istifadə edilən materiallar və şəkər tozu gətirilib.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə yeni logistik məhsulu – “TURKUAZ” layihəsi çərçivəsində Türkiyədən yola salınan ilk konteyner blok qatarı Bakıya bu il aprelin 14-də çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarət olub.

Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac-idxal yükləri daşıyan qatarların müntəzəm olaraq fəaliyyət göstərməsi həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcminə əhəmiyyətli təsir göstərib. Belə ki, bu ilin 6 ayı ərzində BTQ ilə artıq 11 min 84 TEU konteyner daşınıb ki, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 min 748 TEU) yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.