İQTİSADİYYAT


Ötən həftə yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari il noyabrın 22-dən 29-dək olan müddətdə görülən işlərlə bağlı məlumat açıqlanıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən müddət ərzində paytaxtın Ə.Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yolötürücüsünün sıradan çıxmış temperatur şovları yenilənib, oktyabr ayı ərzində Bakı şəhərində 18 kilometrə yaxın 18 küçə əsaslı şəkildə təmir edilib.

Həmçinin qeyd olunub ki, ötən ay paytaxtda 4,5 kilometr uzunluğa malik küçələrin 28 min kvadratmetr sahəsində orta təmir işləri aparılıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə məlumat təqdim olunub, Murovdağ tunelinin 300 metrlik üst yarı hissəsində qazma işləri görülüb, eləcə də Heydər Əliyev prospekti və Nəsimi rayonunun Rəşid Məmmədov küçəsinin bir hissəsində təmir işləri həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.