CƏMİYYƏT
Ötən iki gündə baş vermiş 11 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb
Bakı, 6 avqust, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 220 cinayət faktından 48-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 11 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.