Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Ötən il Azərbaycan Gimnastika Federasiyası üçün mühüm uğurlarla yadda qalıb

Ötən il Azərbaycan Gimnastika Federasiyası üçün mühüm uğurlarla yadda qalıb

Bakı, 7 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün mühüm uğurlarla yadda qalıb. Gimnastika növləri üzrə yığma komandalarımız ötən il beynəlxalq yarışlarda 26-sı qızıl, 15-i gümüş və 44-ü bürünc olmaqla 85 medal qazanıb.

AZƏRTAC AGF-in saytına istinadla xəbər verir ki, ötən il Bakıda gimnastikanın üç növü üzrə Dünya Kuboku təşkil olunub. Əvvəlcə 25 ölkədən 100-dən çox gimnastın iştirakı ilə idman gimnastikası üzrə Dünya Kuboku keçirilib. Növbəti aylarda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna 26, AGF-in ilk dəfə təşkil etdiyi akrobatika gimnastikası üzrə Dünya Kubokuna isə 7 ölkə qatılıb.

Dünya kubokları ilə yanaşı, bu il Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “AGF Junior Trophy”, “GymBala” adlı beynəlxalq turnirlər, həmçinin Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatı təşkil edilib.

Bakıda ilk dəfə təşkil olunan batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı ilin ən yaddaqalan yarışlarından biri olub. İyirmi beş ölkədən 400-dən çox gimnastın gərgin mübarizəsi, yüksək təşkilatçılıq, sinxron cütlüyümüz Veronika Zemlyanayanın və Svetlana Makştaryovanın gümüş medal qazanması, Mixail Malkinin Avropa çempionluğu, eləcə də ilk dəfə bu çempionatda tamaşaçılara təqdim olunan “Qur-Qur” adlı talisman turniri azarkeşlər üçün yaddaqalan idman tədbirinə çevirib.

Mühüm uğurlardan biri də İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş bədii gimnastika üzrə qitə birinciliyində əldə edilib. Gənclərin yarışında təmsilçimiz Arzu Cəlilova, qrup hərəkətləri komandalarının mübarizəsində Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Əhmədbəyli və Ayşən Bayramovadan ibarət beşlik bürünc medala sahib olub.

Bu turnirlərlə yanaşı, Yeniyetmələrin Olimpiya Oyunlarının idman gimnastikası üzrə təsnifat yarışları da Milli Gimnastika Arenasında keçirilib. Oktyabrda Buenos-Ayresdə baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bədii gimnastımız Yelizaveta Luzan gimnastika növləri üzrə qarışıq komanda yarışında qızıl medal əldə edib. Həmçinin bu Oyunlarda milli komandalarımızın üç hakimi - Nigar Abdusəlimova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) və Kamil Quliyev (batut gimnastikası) çıxışların qiymətləndirilməsində iştirak ediblər.

Azərbaycan gimnastları bu il birinci “European Gym for Life Challenge” yarışında da çıxış edərək 37 komanda arasında ən yaxşılardan biri seçilib və qızıl medala layiq görülüb.

Cari ildə ilk dəfə olaraq, “TeamGym” komandamız da Portuqaliyanın Odivelaş şəhərində baş tutan 12-ci Avropa çempionatında iştirak edib.

Bu il “Challenge” seriyasına aid bütün Dünya kuboklarında 3 top - 2 iplə kompozisiyaların yekun xallarına əsasən, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasına, həmçinin son iki il ərzində təşkil olunmuş batut gimnastikası və tamblinq üzrə Dünya kuboklarının tamblinq üzrə yarışlarında yekun xallara əsasən Mixail Malkinə FIG-in xüsusi kubokları təqdim edilib.

Yarışlarla yanaşı, 2018-ci il federasiya üçün digər tədbirlərin təşkili ilə də yadda qalıb. Belə ki, bu il ərzində FIG Akademiyasının bədii gimnastika, kişi idman gimnastikası və aerobika gimnastikası üzrə məşqçilik kursları da paytaxtımızda təşkil olunub.

Dekabrın 2-3-də isə Bakıda FIG-in ali orqanı olan Konqresin 82-ci iclası keçirilib. AGF-in ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirə 111 ölkədən 300-dən çox nümayəndə qatılıb. Konqresin iclasında parkur idmanının rəsmi şəkildə FIG-in fəaliyyətinə daxil edilməsi, həmçinin gimnastikada bütün iştirakçıların təhlükəsizliyinin təmini, intizam və FIG-in etika prinsiplərinin uyğunluğuna nəzarət bölmələrindən ibarət Etika Fondunun yaradılması və bir sıra digər məsələlərlə bağlı beynəlxalq qurumun nizamnaməsinə dəyişikliklər olunub. Konqresdən sonra Bakıda parkur idman növü ilə yaxından tanış olmaq üçün təqdimat xarakterli kurslar keçirilib. Kurslarda Azərbaycan da daxil olmaqla 13 ölkənin nümayəndələri iştirak ediblər.

Həmçinin FIG-in kişi və qadın idman gimnastikası, Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitələrinin, UEG Prezident Şurasının iclasları və Afrika Gimnastika İttifaqının ümumi yığıncağı da Bakıda keçirilib.

Yüksək fəallığı FIG tərəfindən qiymətləndirilən AGF “Mükafatlandırılan federasiyalar”ın siyahısına daxil olub və bu dəfə reytinq siyahısında ilk pillədə qərarlaşıb.

Federasiyanın nailiyyətləri bununla məhdudlaşmayıb. AGF idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən də mükafata layiq görülüb. Həmçinin bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasileva “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” seçilib. “İlin ən yaxşı idmançıları” nominasiyasında on qalib idmançı arasında tamblinqçi, Avropa çempionu Mixail Malkin və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən bədii gimnast Yelizaveta Luzan da yer alıblar.

İlin son günlərində isə Milli Gimnastika Arenasında yarış ab-havası əyləncəli şou proqramlarla əvəzlənib. Ötən il olduğu kimi, bu il də tamaşaçılara məşqçilərin ifasında “Qızıl yaş” şousu təqdim olunub. Dekabrın 23-də federasiya ənənəsinə sadiq qalaraq, gimnastikasevərlərə əsl idman bayramı sevincini yaşadıb. “Ağbəniz və 7 cırtdan” nağılının motivləri əsasında hazırlanan Yeni il şousu rəngarəngliyi ilə tamaşaçılarda xoş təəssürat yaradıb.

Ümumiyyətlə 2018-ci ildə Azərbaycan Gimnastika Federasiyası öz qapılarını 111 ölkənin nümayəndələrinə açıb. Ötən il gimnastika növləri üzrə tədbirlərdə iştirak etmək üçün 2 mindən artıq xarici nümayəndə Azərbaycan paytaxtında səfərdə olub. Həmçinin AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda 900-dən çox əcnəbi gimnast gücünü sınayıb. İl ərzində federasiyanın keçirdiyi beynəlxalq yarışlara cəlb olunan könüllülərin sayı rekord həddə çataraq, 600 nəfər təşkil edib. Habelə ötən il dünyanın müxtəlif qitələrində 17 ölkədən 173 nümayəndə səmərəli təlim-məşq toplanışı üçün məhz Milli Gimnastika Arenasını seçib. Milli Gimnastika Arenası bir il ərzində ümumilikdə 15 mindən çox tamaşaçı qəbul edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq