İQTİSADİYYAT


Ötən il Bakıda çatışmayan yol nişanlarından 3162 ədədi quraşdırılıb

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, ötən il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 3100 yol nişanı, 465 məlumatverici göstərici lövhə, 9998 siqnal dirəyi, 1220 üçbucaq tipli bayraq, 9920 poqonmetr əyrixətli tirlər quraşdırılıb və bərpa edilmiş 651,7 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib. 2020-ci ildə ilk dəfə olaraq, Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə paytaxtda çatışmayan yol nişanlarından 3162 ədədi quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.