REGİONLAR
Ötən il Neftçalada 1849 ton meyvə tədarük olunub
Neftçala, 13 fevral, Mahir Babayev, AZƏRTAC
Ötən il neftçalalı bağbanlar becərdikləri 591 hektar meyvə bağından 1849 ton meyvə tədarük ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il bağbanların tədarük etdikləri meyvə 2017-ci illə müqayisədə 327 ton və ya 21,5 faiz çox olub. Yığılan məhsulun 120 tonunu alma, 60 tonunu armud, 195 tonunu heyva, 59 tonunu ərik, 230 tonunu gavalı, 172 tonunu alça, 27 tonunu şaftalı, 26 tonunu gilas, 792 tonunu nar, qalanını isə xurma, qoz, fındıq, əncir, albalı və s. meyvələr təşkil edib. Tədarük olunan meyvənin demək olar ki, üçdəbir hissəsi Aşağı Qaramanlı, Yuxarı Qaramanlı, Surra və Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticə isə üzüm bağlarından əldə olunub. Rayonda mövcud olan 134,1 hektar üzüm sahəsindən 307,5 ton məhsul götürülüb ki, bunun da 230 tonu Aşağı Qaramanlı kəndində əkilmiş 90 hektar üzüm bağından toplanılıb.