REGİONLAR


Ötən il muxtar respublikada 4624 körpə doğulub

Naxçıvan, 4 mart, AZƏRTAC

Ötən il muxtar respublikada 4624 körpə doğumu qeydə alınıb. Doğulanların 2450-si və ya 53 faizini oğlanlar, 2174-ü və ya 47 faizini isə qızlar təşkil edib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, doğulan uşaqlardan 70-i əkiz, 2-si isə üçəm olub. 2020-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Hüseyn, Məhəmməd və Uğur, qızlarda isə Zəhra, Fatimə, Nilay, Məryəm və Zeynəb adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 71,5 min uşaq doğulub.

2020-ci ildə ölüm göstəricisi muxtar respublikada əhalinin hər 1000 nəfərinə hesabı ilə 6,2 nəfər olub. Bir yaşa qədər uşaq ölümü ilə əlaqədar göstərici isə hər 1000 doğulana hesabı ilə 3,9 nəfər təşkil edib. Bu, ölkə üzrə ən aşağı göstəricidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.