İQTİSADİYYAT
Ötən il neft sektoruna 6 milyard manatadək vəsait yönəldilib
Bakı, 22 yanvar, AZƏRTAC
2018-ci ildə ölkənin neft sektoruna 5 milyard 948,9 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində neft sektorunda 33 milyard 126 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki illə müqayisədə 0,4 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 0,6 faiz çoxalıb. Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 12,3 faiz ucuzlaşıb.
Ötən il dekabrın 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 34 min nəfər çalışıb. Yanvar-noyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 7 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]