REGİONLAR


Otuz il viran qoyulmuş torpaqlarımızda “keç” siqnalı verməyə həsrət qalmış tənha işıqfor

Bakı, 22 oktyabr, AZƏRTAC

Bir zamanlar Qarabağın dəmir yolu mərkəzlərindən olan Mincivan stansiyasının düşmən tapdağından azad olunmasından bir il ötür.

AZƏRTAC xəbər verir ki, 30 il ərzində daşından torpağına kimi viran qoyulmuş diyarda “keç” siqnalı verməyə həsrət qalmış tənha bir işıqfor var. Dəmir yolu relslərindən isə əsər-əlamət belə qalmayıb.

Hazırda azad olunmuş torpaqlarda intensiv şəkildə gedən quruculuq işləri deməyə əsas verir ki, Arazboyu stansiyalarda qatarlarımızın fit səsinin yenidən eşidiləcəyi gün heç də uzaqda deyil.

Foto Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundakı Mahmudlu stansiyasında çəkilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.