CƏMİYYƏT


Oxçuçay üzərində KSES tikintisi zamanı ətraf mühitə hər hansı bir ziyan vurulmur

Oxçuçay üzərində KSES tikintisi zamanı ətraf mühitə hər hansı bir ziyan vurulmur

Bakı, 26 may, AZƏRTAC

Oxçuçay üzərində bir ədəd baş suqəbuledici olmaqla 4 ədəd kiçik su elektrik stansiyası (KSES) tikilir. Baş suqəbuledicidən aşağıda formalaşan sular birbaşa Oxçuçayın məcrasına daxil olur və ekoloji axımla bərabər Oxçuçayın aşağı axım zonasının suyunun əsasını təşkil edir. Oxçuçayının axımının 45 faizi enerji istehsalına, qalan 55 faizi isə çayın məcrasına buraxılır. Beləliklə ətraf mühitə, təbiətə hər hansı bir ziyan vurulmur.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

"Oxçuçayın dərəsində kanal, tunel qazılmayıb, yalnız suların KSES-lərə ötürülməsi üçün derivasiya boruları quraşdırılıb. Quraşdırılma işləri çay yatağından kənarda aparılmaqla təbiətə ziyan vurulmayıb", - deyə R.Rəcəbov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.