MƏDƏNİYYƏT


“Oyuq” teatr-studiyasının “Nəğmə çələngi”

Bakı, 12 iyun, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası iyunun 13-də “Nəğmə çələngi” adlı konsert proqramı təqdim edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramına həsr olunacaq. Proqrama musiqi ilə yanaşı, repertuardakı müxtəlif tamaşalardan səhnəciklər də daxildir. “Oyuq”çuların mövsümün sonunda hesabat xarakterli bu proqramında balaca tamaşaçılar məşhur nağıl qəhrəmanlarının sərgüzəştlərini izləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.