İQTİSADİYYAT


Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır

Bakı, 17 oktyabr, AZƏRTAC

Belarusun paytaxtı Minskdə keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində Azərbaycanla “Özbəkistan Dəmir Yolları” arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” SC-nin idarə heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb.

C.Qurbanov deyib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.

Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

“Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri X.Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.