DÜNYA


Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin döş nişanı və ştandartı olacaq

Daşkənd, 27 oktyabr, АZƏRTAC

Özbəkistanın müstəqilliyi elan olunduqdan 30 il sonra bu ölkənin Prezidentinin rəsmi simvolları - xüsusi döş nişanı və ştandartı - Prezident bayrağı olacaq.

AZƏRTAC xəbər verir ki, bununla bağlı dövlət başçısı Şavkat Mirziyoyev Qanun imzalayıb.

Ştandart Prezidentin iştirak etdiyi bütün mühüm tədbirlərdə, andiçmə mərasimində, prezident iqamətgahlarının ofis və binalarında qaldırılacaq. Xüsusi döş nişanı xalqın və cəmiyyətin Prezidentə etimadını əks etdirir.

Xatırladaq ki, Özbəkistan dünyada azsaylı ölkələrdəndir ki, indiyədək Prezidentinin simvolları olmayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.