ELM VƏ TƏHSİL


Özbəkistan ali məktəbləri ADNSU ilə əməkdaşlığa maraq göstərir

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor Sədrəddin Turbacanov və Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Qafar Rəhmanberdiyev ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında təhsil əlaqələrindən danışan professor M.Babanlı, eyni zamanda, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. O, ADNSU-da həyata keçirilən islahatlardan, ikili proqramlar və beynəlxalq əlaqələrdən söz açıb, Özbəkistan universitetləri ilə tələbə mübadiləsi, ikili diplomlar üzrə yeni layihələrdə maraqlı olduğunu bildirib.

Elmi istiqamətdə əməkdaşlığın əhəmiyyətinə toxunan M.Babanlı tələbə mübadiləsini bu əməkdaşlığın başlanğıcı kimi dəyərləndirib.

İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin rektoru S.Turbacanov ADNSU-nun tədrisdəki təcrübəsindən faydalanmaq və birgə tələbə mübadiləsi aparmaq üçün əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Q.Rəhmanberdiyev elmi-texniki istiqamətlə yanaşı, ikinci ali təhsil üzrə də ADNSU ilə birgə proqramların hazırlanmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşün sonunda əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.