DÜNYA


Özbəkistanda 109 ölkənin vətəndaşı əmlak aldıqda, yaşamaq hüququ veriləcək

Daşkənd, 7 yanvar, AZƏRTAC

Bundan sonra 109 ölkənin vətəndaşı Özbəkistanda əmlak aldıqda, avtomatik olaraq o şəxsə və ailəsinə ölkədə yaşamaq hüququ veriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı fərmanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Mətbuatda bu ölkələrin siyahısı da çap olunub və burada Azərbaycanın da adı var.

Fərmanda əmlak almağın şərtləri də verilib.

Daşkənd şəhəri və vilayətində 400, Səmərqənd, Buxara, Namanqan, Əndican və Xarəzm vilayətlərində 200, Qaraqalpaq Respublikası və digər vilayətlərdə isə 100 min dollarlıq əmlak aldıqda, fərman o şəxslərə şamil edilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.