DÜNYA


Özbəkistanda Novruz bayramı münasibətilə şənlik keçirilib

Daşkənd, 21 mart, AZƏRTAC

Martın 21-də Daşkənddəki “Humo Arena” idman kompleksində Novruz bayramı münasibətilə dövlət səviyyəsində böyük şənlik keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin, Ali Məclisin və Senatın üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Dövlət başçısı Novruz bayramı münasibətilə özbək xalqını, ölkədə yaşayan digər xalqların nümayəndələrini təbrik edib, Novruzun əhəmiyyətindən danışıb, hamıya firavanlıq arzulayıb. Prezident bildirib ki, bu bayram türkdilli xalqların və Novruz arealında yerləşən digər xalqların əziz milli bayramıdır. Qədimdən Novruz sülh, humanizm, əmin-amanlıq rəmzi kimi tanınır.

Sonra Özbəkistan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub, Novruza həsr edilmiş tamaşalar göstərilib.

Martın 21-də Daşkəndin 20-dən artıq parkında, Özbəkistanın bütün vilayət və rayonlarında Novruz münasibətilə şənliklər, xalq gəzintiləri keçirilib.

Dövlət başçısı paytaxtdakı bağ və parklarda keçirilən Novruz şənliklərində iştirak edib, gənclərlə və ağsaqqallarla görüşüb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.