DÜNYA


Özbəkistanda aprelin 1-dən yaşı 65-dən yuxarı olan insanlara küçəyə çıxmağa qəti qadağa qoyulub

Daşkənd, 1 aprel, AZƏRTAC

Özbəkistanda aprelin 1-dən COVID-19 koronavirus təhlükəsi ilə bağlı Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə yaşı 65-dən yuxarı olan insanlar özünü təcrid rejiminə keçməli, küçəyə qəti olaraq çıxmamalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə koronavirusla bağlı Özbəkistanın Xüsusi Respublika Komissiyası qərar qəbul edib.

Bu günə olan məlumata görə, ölkədə koronavirusa 173 nəfər yoluxub, onların 12-si sağalıb, 2-si vəfat edib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.