DÜNYA


Özbəkistanda jurnalistlər və bloggerlər pulsuz peyvənd ediləcək

Daşkənd, 19 fevral, АZƏRTAC

Özbəkistanda jurnalistlər və bloggerlər də koronavirusa qarşı pulsuz peyvənd ediləcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Koronavirusla Mübarizə üzrə Respublika Qərargahının üzvü Nurmat Atabekov Daşkənddə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, jurnalist və bloggerlərlə yanaşı, ictimai nəqliyyatda çalışanlar (metro, dəmir yolu, hava limanları), xaricdə təhsil alan tələbələr və əmək miqrantları da peyvənd ediləcək birincilər sırasında olacaqlar.

Bundan əvvəl isə bildirilmişdi ki, əvvəlcə yaşı 65-dən yuxarı vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda yer alan digər şəxslərə vaksin vurulacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.