Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn

Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn

Bakı, 4 iyul, AZƏRTAC

İnsan əmək vasitəsilə özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxarır. Zəhmət bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Sevmədiyin, bəyənmədiyin, bacarmadığın işi yerinə yetirmək çox ağırdır. Bu zaman insan öz əməyindən zövq almır, inkişaf etmir, gərginlik, mənəvi sıxıntı keçirir. Təbii ki, belə vəziyyətdə işçi peşəkar ola, uğurlu karyera qura bilmir. Həyatda öz yerini necə tapmalı, hansı peşəni seçməli sualı bu gün hər bir insanı düşündürür. Peşə, sənət, ixtisas seçmək hər bir gəncin həyata vəsiqəsinin başlanğıcıdır. Peşə seçiminə ciddi yanaşılmalı, o elmi əsaslara söykənməlidir. Azərbaycan xalqının daim mənəvi-əxlaqi dəyərlər sistemində əməyə və əmək adamına böyük hörməti, xoş münasibəti mövcud olub. Bir insanın əmək fəaliyyəti, onun məşğulluğu təkcə onun və ailəsinin maddi tələbatının ödənilməsinin təminat vasitəsi kimi dərk olunmayıb. Daha geniş anlamda, ümumən, cəmiyyət və məmləkət üçün faydalı olan, daimi yeniliyə, gözəlliyə, iqtisadi irəliləyişinə xidmət edən bir proses kimi qavranılmış və dəyərləndirilmişdir.

Ölkə siyasətinin əsas hədəflərindən olan əhalinin yaşayış səviyyəsinin artırılması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, məşğulluğun təmin olunması sırasında, özünüməşğulluqda xüsusi əhəmiyyət kəsb edir. Özünüməşğulluq - əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir. Özünüməşğulluq ailə biznesinin də inkişafına təkan verir. Ailə biznesinin inkişafı üçün Azərbaycanda potensial böyükdür. Bu, təkcə istehsal sahələrinin genişliyi və əlçatan olması ilə deyil, həm də psixoloji amillərlə bağlıdır. Üstəlik, kolxoz (kollektiv təsərrüfat) dövründə kollektivçilikdən danışılsa da, əslində, əhali ailə-podrat üsulu ilə işləməyə üstünlük verirdi. Məsələn, pambıqçılıq sahəsində ixtisaslaşan təsərrüfatlarda ailə başçısının rəhbərliyi ilə 2-3 hektar torpaq sahəsi öhdəliyə götürülür və birlikdə becərilirdi. Həmin sahənin məhsuldarlığı da yüksək olurdu. Çünki ortada sağlam rəqabət vardı. Ad kolxozun olurdu, işi ailə görürdü, özü də rəsmi qaydada. Həmin ənənəni dirçəltməklə ailə biznesinin yüksəlişinə yalnız kömək etmək olar.

Dövlət də ailə biznesinin inkişafında maraqlıdır. Bu səbəbdən onun inkişafı üçün müvafiq qanunvericilik aktlarının qəbulunu gecikdirmir. Çünki biznesin bu qolunun genişlənməsi əlavə xərc çəkmədən əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır. Bürokratik qapıları döymədən evində, yaxud, şəxsi mülkiyyətində olan torpağında işləyib yaşayış üçün vəsait əldə etmək isə hamıya xoşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiya sayəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halının daha da yaxşılaşması, dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi və milli dövlətçilik maraqları təmin edilir. Dövlət başçısı dünyada və regionda gedən proseslərə baxmayaraq, daim öz vətəndaşını düşünür və əhalimizin yaxşı yaşaması naminə əlavə tədbirlər görür. Özünüməşğulluq da Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioritet sahələrindən biridir. Ölkə başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı bu sahənin inkişafına əsas təkan oldu. Cari ilin fevral-aprel aylarında özünüməşğulluq proqramı çərçivəsində artıq 25 rayon üzrə ümumilikdə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxsin ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təminatı həyata keçirilib. Qeyd olunan şəxslərin hər biri ilk növbədə proqram çərçivəsində keçirilən təlim kurslarında biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara yiyələniblər. Bu da onların verilmiş aktivlərdən daha səmərəli istifadə edərək, biznes-planlarını uğurla reallaşdırmaları, təsərrüfatlarını düzgün quraraq bacarıqla idarə etmələri üçün vacib əsas rolunu oynayıb.

Yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğunu həyata keçirmiş olur. Bu subyektlər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər ölkədə ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, dünya təcrübəsinə əsasən iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır.

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu, bir daha öz təsdiqini tapıb. Belə ki, ölkə başçısı bölgələrdə məşğulluğun artırılmasının diqqət mərkəzində olduğunu vurğulayaraq deyib: “Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar”.

Ailə biznesinin üstünlükləri

Ailə biznesi uğurludursa, bu, maksimum mənfəət gətirir. Bu, o deməkdir ki, pul ailə büdcəsinə tez qaytarılır. Ümumi maraq və düzgün qurulmuş biznes - əlaqələr qohumları daha da yaxınlaşdırır, eyni zamanda onların arasında olan qarşılıqlı əlaqələrin mümkünlüyünü artırır.

Ailə biznesinin yaxşı xüsusiyyətlərindən biri də ailə üzvlərinin biri-birindən praktiki olaraq heç bir sirlərinin olmamasıdır. Buna görə də gözlənilməz hadisələrin ehtimalı və nəticə olaraq, onların maddi itkiləri çox azalır. Ailənin hər bir üzvünün şəxsi planları başqaları üçün sirr deyil. Buna görə də, işlə bağlı olan mümkün boşluqları əvvəlcədən nəzərə almaq olar. Muzdlu əməkdaşlarla müqayisə etsək, onlar adətən ailədə artıq baş vermiş fakt barədə müdiriyyəti məlumatlandırırlar, bu, tez-tez işə mane olan anda baş verir. Ailə üzvləri bir-birinə etibar etdikləri üçün işlə bağlı zərər riski minimuma endirilir. Muzdlu işçi işə götürəndə isə elə ola bilər ki, həmin işçi şirkətin inkişafı barədə yox, yalnız öz cibi haqqında fikirləşəcək.

Bir müsbət cəhət də odur ki, nə qədər ki, biznes inkişaf edir, az məbləğdə əmək haqqı və ya hətta pulsuz işləməyə də razıdırlar. Bundan başqa, maliyyə çətinlikləri olduqda, ailə üzvlərinə vəziyyəti izah etmək daha asan olur, nəinki özgə adamlara.

Ailə biznesin yaxşı cəhətlərdən biri də odur ki, biznesə övladları da qoşmaq olar. Belə olanda onlar təcrübə keçir. Valideynlərin timsalında öyrənmə daha effektiv olur. Daha sonra biznesi övladlara təhvil vermək də mümkündür. Əlbəttə, onlar ailə biznesini davam etdirmək istəsələr, bu, uşaqların gələcəyini təmin edəcək.

İndi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) şəbəkəsi də ailə biznesinin inkişafına qoşulub və bütün rəsmi sənədlərin tərtibi bu qurumda həyata keçirilməklə əhalinin işi asanlaşdırılır. “ASAN xidmət”in tabeliyində “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılır.

“ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. “ABAD” mərkəzləri, həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərirlər.

İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili “ABAD” tərəfindən həyata keçirilir. Layihə çərçivəsində istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin brendi ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.

Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan ailələrə dəstək çərçivəsində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində və Heydər Əliyev Beynəlxalq Aeroportunda “ABAD” sənətkarlıq mərkəzləri fəaliyyət göstərir.

Mərkəzlərdə Azərbaycanın müxtəlif regionlarından sənətkar ailələrinin əl işləri sərgi-satışa çıxarılıb.

Azərbaycanda ailə biznesinə dövlət dəstəyinin təmin etmək məqsədilə “ABAD” publik hüquqi şəxsin yaradılması ailə təsərrüfatların hərtərəfli dəstəklənməsi məqsədi daşıyır. Biznes planların tərtib olunmasından başlayaraq, son məhsulun satışınadək və eyni zamanda, maliyyə dəstəyinin göstərilməsinin dəstəklənməsi dövlətin bu sahəyə yüksək qayğı göstərəcəyini nümayiş etdirir.

Ailə biznesi ilə tanınmış korporasiyalar inkişaf edərək dünya iqtisadiyyatına təsir edən Rokfeller, Ford, Rotşild kimi maqnatlara, “Siemens”, “Adidas”, “Samsung Electronics” kimi transmilli şirkətlərinə çevriliblər. Almaniyadakı bütün müəssisələrin demək olar ki, 85 faizi ailə şirkətləri və təşkilatlarıdır. Bu şirkətlərdən ən böyüyü qəhvə satışı ilə məşğul olan “Dalmayr” şirkətidir. Hazırda günümüzdə ailə biznesi ilə məşğul olan ən varlı ailə ABŞ-dan olan Uolton ailəsidir. Ailə “Wal-Mart Stores” supermarketlər şəbəkəsinə sahibdir. 1962-ci ildə qurulan bu şəbəkənin tərkibinə 4440 supermarket daxildir.

Nəriman Həsənov

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq