CƏMİYYƏT


Özünüməşğulluq proqramı üzrə kursları 77 təlimçi tədris edəcək

Bakı, 18 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaranlara təlim keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi başa çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda növbəti təlim kursları keçirilib və paytaxtın rayonları üzrə 11 nəfər kursu uğurla başa çatdırıb. Bundan əvvəl isə Sumqayıt və Gəncə şəhərlərində, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında təlimlər keçirilməklə 66 təlimçi hazırlanıb. Beləliklə, bu ildə özünüməşğulluq proqramı üzrə kursları 77 təlimçi tədris edəcək.

Təlimlərdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) bir sıra ölkələrdə uğurla sınaqdan keçmiş metodologiyasından istifadə edilib. Kurslarda BƏT-in Azərbaycan üzrə baş təlimçisi tərəfindən aidiyyəti mövzularda bilik və bacarıqlar tədris olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.