CƏMİYYƏT


Özünüməşğulluq proqramına cəlb olunan şuşalılar Şuşaya kiçik biznes sahibləri kimi qayıdacaqlar

Bakı, 17 noyabr, AZƏRTAC

Onlar Azərbaycanın ayrılmaz parçası olan Qarabağın ürəyi Şuşanın sakinləridir. Müzəffər Azərbaycan Ordusunun Şuşanı Ermənistanın işğalından azad etməsi ilə onların yurd həsrətlərinə də son qoyulub.

Şuşasız qaldıqları dövrdə dövlət onları həmişə öz qayğısı ilə əhatə edib, daha bir qayğı kimi, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunublar. Proqramın dəstəyi ilə kiçik ailə təsərrüfat və müəssisələrini yaratdılar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indi onlar doğma Şuşaya özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə biznesləri ilə qayıtmağa hazırlaşırlar. Onların hər biri öz bizneslərini Şuşada daha da genişləndirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.