SİYASƏT
PARİSDƏ AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini İsfəndiyar Vahabzadə və Avropa İdarəsinin rəisi Nazim Qaraxanov Parisdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşlər.
Görüşdə dünya azərbaycanlılarını bir araya gətirmək sahəsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən söhbət açılmış, müxtəlif ölkələrdəki Azərbaycan diasporunun təşkilatlanması istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işlər, bu ilin aprel ayında Berlində keçirilmiş Ümumdünya Azərbaycanlılarının Konqresi barədə məlumat verilmişdir.
Fransada yaşayan azərbaycanlıların təşkilatlanması və ümumi bir proqram çərçivəsində fəaliyyət göstərməsi ilə bağlı qarşıda duran konkret vəzifələrdən də bəhs olunmuşdur.