SİYASƏT
PARİSİN “KUHTUAZİ” RADİOSU AZƏRBAYCAN DİLİNDƏ VERİLİŞ YAYACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Azərbaycana həsr olunmuş bu proqramı bir saat ərzində cümə günü səhər və axşam saatlarında, təkrar olaraq isə şəmbə günü gecə saat 23-də dinləmək olar.
Dövlət Komitəsi Fransada fəaliyyət göstərən “Azərbaycan evi”nin sədri Səid İsmayılova istinadən onu da bildirir ki, “Azərbaycan evi”nin uzun zaman çalışması nəticəsində əldə olunan bu imkandan istifadə etməklə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, tarixi və milli dəyərlərinin Fransa ictimaiyyətinə çatdırılması xeyli asanlaşacaqdır.
Efirə gedəcək bütün verilişlərin Azərbaycan musiqisi ilə müşayiət olunması da nəzərdə tutulub. Bu həm də azərbaycanlıların daha sıx birləşməsinə kömək edəcəkdir.