SİYASƏT
PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
Nümayəndə heyətinin tərkibinə Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, parlament Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov, Milli Məclisin MDB Parlametlərarası Assambleyasındakı daimi nümayəndəsi Aydın Cəfərov daxil idilər.
Rusiya tərəfinin təşəbbüsü ilə Moskvada, Elmlər Akademiyasının Alimlər evində keçirilmiş “Qafqaz dördlüyü”nün növbəti iclasında bölgədəki ictimai-siyasi vəziyyət, Qafqaz regionundakı münaqişələrin həlli yolları, dövlətlərarası münasibətlərin inkişafına mane olan halların aradan qaldırılması barədə geniş fikir mübadiləsi aparılmışdır.
Səfər müddətində Milli Məclisin sədri Murtuz Ələsgərov Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovla görüşüb ikitərəfli əməkdaşlığın inkişafı, parlamentlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılması haqqında danışıqlar aparmışdır.
Oktyabrın 1-də nümayəndə heyəti Vətənə qayıtmışdır. Binə hava limanında nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədrin müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mİrzəyev və digər rəsmi şəxslər qarşılamışlar.