MƏDƏNİYYƏT
PEŞƏKAR RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə regional elm mərkəzinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə M.Əkbərovun tətbiqi sənət janrında (bədii metal və zərgərlik) 44 əl işi nümayiş etdirilir.
Qalereyanın müdiri, əməkdar rəssam Arif Hüseynov, Rəssamlar İttifaqı İdarə heyəti sədrinin müavini Ağəli İbrahimov və başqaları açılış mərasimində çıxış edərək həmkarlarının fərdi yaradıcılıq üslubundan, əsərlərindəki peşəkarlıq səviyyəsindən danışdılar. Natiqlər onu da xüsusi vurğuladılar ki, M.Əkbərov respublikamızda qədim milli sənətimizi öz əsərlərində qoruyub saxlayan və onu yeni çalarla inkişaf etdirən yeganə sənətkardır.
Axırda M.Əkbərov çıxış edərək sərginin təşkilatçılarına və tədbirin iştirakçılarına öz münnətdarlığını bildirdi.
Sərgi dekabrın 10-dək davam edəcək.