SİYASƏT
PETERBURQDA RUSİYA DÖVLƏT DUMASINA SEÇKİLƏRİN MÜŞAHİDƏÇİLƏRİ ARASINDA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DƏ OLACAQDIR
AZƏRTAC-ın müxbiri MDB Parlamentlərarası Assambleyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, dekabrın 7-də Sankt-Peterburqda Rusiya Dövlət Dumasına seçkilərin gedişinə bu qurumdan olan müşahidəçilər də nəzarət edəcəklər.
Bu qərar MDB Dövlət Başçıları Şurasında və MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Sergey Mironovun sərəncamı əsasında qəbul olunmuşdur. Qrupun əlaqələndiricisi Qazaxıstan Respublikası Senatının deputatı Aleksandr Qusinski təyin edilmişdir.
Qrupun tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Ermənistan, Moldova, Tacikistan və Ukrayna parlamentlərinin deputatları və nümayəndələri daxildirlər.