DÜNYA


PKK mağaralarında aşkarlanan cəsədlərdən onunun şəxsiyyəti müəyyən edilib

Ankara, 14 fevral, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin birlikləri tərəfindən İraqın şimalında yerləşən Gara bölgəsində ələ keçirilən PKK mağaralarında aşkarlanan cəsədlərin 10 nəfərinin şəxsiyyəti müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Malatya vilayətinin valisi Aydın Baruş məlumat verib. Vali bildirib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyən edilməsi üçün fəaliyyət davam edir. Araşdırma və müayinə zamanı təsdiq olunub ki, cəsədləri aşkar edilən Türkiyə vətəndaşları PKK tərəfindən məqsədli şəkildə qəddarcasına qətlə yetiriliblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.