DÜNYA


PKK terrorçuları Van vilayətində bələdiyyə sədrinin müavinini qətlə yetiriblər

Bakı, 2 iyul, AZƏRTAC 

PKK terrorçuları Türkiyənin Van vilayətinin Özalp rayonunun bələdiyyə sədrinin müavini, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Aydın Ahini qətlə yetiriblər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bələdiyyə sədrinin vəzifələrini icra edən A.Ahi ötən gecə yaşadığı evdən terrorçular tərəfindən oğurlandıqdan bir qədər sonra öldürülüb.

Hadisə ilə əlaqədar bölgədə genişmiqyaslı əməliyyatın həyata keçirilməsinə başlanılıb.

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş “Twitter” hesabından yazdığı açıqlamada cinayəti şiddətlə qınayaraq bildirib ki, bu xain hücumlar terror təşkilatlarına və onları dəstəkləyənlərə qarşı apardığımız mübarizəni əsla sarsıda bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.