SİYASƏT
POLİS İŞÇİLƏRİ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
İyulun 2-də Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbər vəzifəli şəxsləri Polis günü münasibətilə Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Prezident Heydər Əliyevin məzarını və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişlər.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan dövlətinin qurucusu, xalqımızın müdrik rəhbəri, ümummilli liderimiz Prezident Heydər Əliyevin məzarı önünə və Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidə kompleksi qarşısına əklil qoymuşdur.
Respublikamızda hüquq mühafizə orqanlarına, o cümlədən polis işçilərinə göstərilən diqqət və qayğıya əməli işlə cavab veriləcəyini vurğulayan nazir ölkəmizin inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətləri olmuş ulu öndərimiz Heydər Əliyevə və şəhidlərimizə Allahdan rəhmət diləmişdir.