İQTİSADİYYAT


POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi artıb

Bakı, 3 avqust, AZƏRTAC

Təsərrüfat subyektlərində cari ilin 6 ayı ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 93 faiz artaraq 82,4 milyon ədəd, həcmi isə 41,2 faiz artaraq 2,5 milyard manat olub.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə POS-terminallarla aparılan təmassız ödənişlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 73,3 milyon ədəd, həcmi isə 2,1 dəfə artaraq 2 milyard manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.