SİYASƏT
PREZİDENT HEYDƏR ƏLİYEVİN VƏFATI İLƏ ƏLAQƏDAR GÜRCÜSTANDA MATƏM MƏRASİMLƏRİ KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tbilisidəki mədəniyyət mərkəzində milli liderimiz Heydər Əliyevin vəfatı ilə bağlı matəm mərasimi keçirilmişdir.
Mərasimdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra mərkəzin direktoru Məmməd Gülməmmədov Heydər Əliyevin həyatı və böyük siyasi fəaliyyəti barədə məlumat vermişdir.
Matəm mərasimində çıxış edən natiqlər Prezident Heydər Əliyevin vətən və xalq qarşısında böyük xidmətlərindən söhbət açmış, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulamışdır.
Sonra mərasim Tbilisinin cümə məscidində davam etdirilmişdir. Burada Heydər Əliyevin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Borçalı matəm içindədir, hər yerdə Heydər Əliyevin qara lentlə haşiyələnmiş portreti asılmışdır.