DÜNYA
Pakistanda mərmər mədənində qəza nəticəsində 12 nəfər həlak olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Pakistanın şimal-qərbində mərmər mədəninin çökməsi nəticəsində ən azı 12 nəfər həlak olub, 6 nəfər xəsarət alıb, bir neçə şaxtaçı isə hələ də dağıntılar altındadır.
AZƏRTAC Geo.tv telekanalına istinadla xəbər verir ki, insident Xeybər-Pahtunhva əyalətinin Mohmand dairəsində qeydə alınıb. Hazırda hadisənin baş verdiyi ərazidə xilasedicilər fəaliyyət göstərir. Onlar mədəndən 12 nəfərin cəsədini və 6 yaralını çıxarmağa müvəffəq olublar. Dağıntılar altında qalan doqquz şaxtaçının taleyi barədə hələ ki, məlumat yoxdur, onların axtarışı davam edir.
Yerli polis idarəsinin nümayəndəsi hadisə nəticəsində ölənlərin sayının artacağını istisna etmir. Bu səbəbdən axtarış əməliyyatına xüsusi texnikanın cəlb olunması və insidentin baş verdiyi əraziyə əlavə xilasedici dəstələrin göndərilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]