DÜNYA
Pakistanda tikilməkdə olan binanın konstruksiyalarının uçması nəticəsində 5 nəfər ölüb
Bakı, 9 mart, AZƏRTAC
Pakistanın Kəraçi şəhərində tikilməkdə olan binanın konstruksiyalarının uçması nəticəsində 5 nəfər ölüb, 1 fəhlə yaralanıb.
AZƏRTAC “DawnNews” telekanalına istinadla xəbər verir ki, yaralanan fəhlə xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilir. Kəraçi polisinin rəisi İftixar Əli Şəlvaninin sözlərinə görə, insidentlə bağlı cinayət işi açılıb və tikinti şirkətinin təhlükəsizlik qaydalarına əməl edib-etməməsi araşdırılır. O əlavə edib ki, bu hadisə qəzadan çox, cinayətə oxşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]