DÜNYA


Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib

İslamabad, 26 iyun, AZƏRTAC

Pakistanın Bəlucistan əyalətinin Loralay şəhərində imtahan verməyə hazırlaşan polis dəstəsi yaxınlığında törədilən terror aktında azı iki nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb. Hadisəni törədən terrorçu öldürülüb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, bu il yanvarın 30-da da terrorçuların bu şəhərdə polis dəstəsinə hücumu nəticəsində doqquz polis işçisi öldürülmüş, 21-i isə yaralanmışdı.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.