Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Vaksinləşmə pandemiyadan qurtuluşun ən effektiv yoludur

Vaksinləşmə pandemiyadan qurtuluşun ən effektiv yoludur

Bakı, 6 may, AZƏRTAC

Yeni növ koronavirusa (COVID-19) ilk yoluxmanın (Çinin Uhan şəhərində) qeydə alınmasından il yarımdan da artıq vaxt keçir. 2020-ci ilin fevralında adı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən SARS CoV-2 qoyulan bu kəskin respirator xəstəlik 2020-ci ilin mart ayının 11-də elə ÜST tərəfindən pandemiya elan edildi.

AZƏRTAC bununla bağlı AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın “Vaksinləşmə pandemiyadan qurtuluşun ən effektiv yoludur” sərlövhəli məqaləsini təqdim edir.

Pandemiya elan olunmasından indiyə qədər 155 milyondan çox insan bu virusa yoluxub, 90,5 milyon (bəzi mənbələrdə 132,9 milyon) adam sağalıb və təəssüflər olsun ki, 3,24 milyondan çox insan isə həyatını itirib. Dünya üzrə pandemiyadan ölüm halları yoluxanların sayına görə təqribən 2,1 faiz təşkil edib. Bu göstəricilər respublikamızda 5 may tarixinə olan statistikaya əsasən belə olub: yoluxanların sayı 323 min 841 nəfər, sağalanlar 298 min 949 nəfər, ölüm halları 4617 nəfər (1,42 faiz). Göründüyü kimi, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə vaxtında görülmüş hərtərəfli, o cümlədən önləyici tədbirlər kompleksi, mərhələlərlə tətbiq olunan bir sıra karantin rejimi qaydaları nəticəsində respublikada ölüm halları dünya üzrə orta göstəriciyə nisbətən xeyli aşağı olub (1,5 dəfə).

Koronavirusla əsas mübarizə tədbiri effektiv vaksin(lər)in yaradılmasıdır. Vaksinlərin hazırlanmasında əsas problemlərdən biri koronavirusun zaman keçdikcə mutasiyalara uğramasıdır. Təbiətdə virusun (SARS CoV-2) minlərlə ştamı var. Xəstəliyə səbəb genomu oxunmuş (Uhan variantı) virusun ilkin ştamı WIV04/2019 sayılır. Bundan başqa, pandemiyanın gedişində Cənubi Afrika (501.V2), Böyük Britaniya (202012/01), Tokio (B.1.1.248), Kaliforniya (CAL.20C) və s. kimi qorxulu ştamlar aşkarlanıb. Son dövrlərdə mətbuatda Tanzaniya, Sudan, Avstraliya, Hindistan və s. kimi ştamların da olması haqqında məlumatlara rast gəlinir. Bu ştamlar virusun yayılma sürəti və simptomlarına görə fərqləndirilərək, termostabil, mötədil, simptomsuz və sürətlə yayılan olurlar. Qrip virusu kimi, koronavirusun da sürətlə dəyişikliyə uğraması ona qarşı vaksinlərin yaradılmasında bu amili nəzərə almağa məcbur edir. Bu isə bütün ştamlara qarşı tam effektivliyə malik vahid vaksinin əldə edilməsinə mane olur.

Tam effektivliyə malik həqiqi vaksinlərin yaradılmasında digər əsas çətinliklərdən biri bu iş üçün həddən artıq çox vaxt (5-7 ildən 15-25 ilə qədər) tələb olunmasıdır. Ümumilikdə dünyada tam virus (15 vaksin), protein subvahidli (13 vaksin), nuklein turşusu (20 vaksin) və viral vektor (15 vaksin) əsaslı 63 vaksin üzərində iş aparılır və onlar potensial olaraq koronavirusa qarşı tətbiq olunma imkanlarına malikdir. Hazırda sınaqdan keçirilmiş 9 vaksin (mRNT-əsaslı vaksinlər: Comirnaty (Pfizer/BioNTech (BNT162b2), Moderna COVID-19 Vaccine (mRNA-1273); inaktiv vaksinlər: CoronaVac, Adsız vaksin (Çinə aiddir), BBIBP-CorV, Covaxin; adenovirus vaksin: COVID-19 Vaccine AstraZeneca (AZD1222 və ya Covishield); replikasiya etməyən viral vaksin Sputnik V və peptid vaksin: EpiVacCorona), sınaqları hələlik davam etdirilən müxtəlif tiplərə (DNT-(plazmid) və mRNT-əsaslı, bitki əsaslı, nanohissəcik, rekombinant və s.) aid 58 vaksin hazırlanıb. Sınaqlarda yüksək effektivlik göstərən və daha uzunmüddətli immunitet yaradan vaksinlərdən bəziləri isə artıq real tətbiq olunmağa başlanıb. Bunlardan biri də Çinin “SinoVac” şirkətinin hazırladığı və kütləvi istehsal etdiyi “CoronaVac”dır. Hazırda respublikamızda bu vaksinlə peyvəndləmə aparılır.

Keçən ilin sonlarına yaxın dünyanın aparıcı ölkələri (ABŞ, İsrail, Rusiya, Çin, əksər Avropa ölkələri və s.) vaksinasiyaya başladılar. Hazırda dünya üzrə ümumən 1,18 milyard doza vaksin vurulmaqla, dünya əhalisinin 280 milyonu (3,6 faiz) tam peyvəndlənib. Azərbaycanda bu göstəricilər uyğun olaraq 1,56 milyon və 578 min (5,4 faiz) təşkil edir. Qeyd edək ki, İsrail dövləti vaksinləşmədə liderlik edir (10 milyon doza vaksin vurulub, əhalinin yarısından çoxu iki dəfə peyvəndlənib).

Bir sıra mənbələrdə vaksinasiya və ölüm halları arasında müəmmalı əlaqənin varlığı bildirilir. Belə ki, bir çox ölkələrdə vaksinasiyanın başlaması pandemiyanın ikinci-üçüncü dalğaları ilə eyni vaxta düşüb. Bu müddətdə koronavirusdan ölənlərin də sayında artım müşahidə edildiyindən bir sıra xəbər agentlikləri, hətta mütəxəssislər belə bunu “tətbiq olunan vaksinlərin effektivliyinin aşağı olması, bilavasitə vaksinin təsiri ilə” əlaqələndirib. Analoji hallar İsraildə, Norveçdə, Avropa və Amerikanın bəzi ölkələrində qeydə alınıb. Lakin vaksin istehsalçıları, eləcə də bu ölkələrin səhiyyə idarələrinin rəhbərləri yayılmış xəbərləri təkzib edib, bu dövrdə yeni növ koronavirusdan ölüm hallarının əsasən yaşlı şəxslərdə, bir sıra digər problemləri (xroniki astma, şəkərli diabet, tromboz, qan təzyiqi, qan laxtalanması və s.) olan insanlarda baş verdiyi açıqlanıb.

Qeyd edək ki, bir sıra mütəxəssislər bu fenomenin, yəni vaksinləşmədən sonra yoluxmanın artması və xəstəliyin gedişində mümkün ağırlaşma hallarının baş verməsinin elmi əsası olduğunu göstəriblər. Anticisimdən asılı güclənmə (inkişaf) – ADE (antibody-dependent enhancement) adlanan fenomen mövcuddur ki, bu zaman virus vaksinin təsiri ilə yaranan (və ya hər hansı yolla orqanizmə daxil edilən) anticisim (antikor) ilə birləşərək hüceyrələrə (əsasən immun hüceyrələrə) endositoz etmə və orada replikasiya imkanı əldə edir. Bu isə immuncavabla yanaşı, xəstəliyin də güclənməsinə səbəb olur.

Dünyada pandemik vəziyyəti daha yaxşı təsəvvür etmək üçün yoluxmaların nisbətən güclü olduğu ölkələr üzrə statistikaya nəzər salsaq görərik ki, koronavirusa yoluxanların və bu pandemiya qurbanlarının 80 faizdən çoxu 27 ölkəyə aiddir.

Mayın 5-nə olan məlumata görə, ABŞ (yoluxma – 33 milyon 280 min 601, ölüm – 592 min 537), Hindistan (yoluxma – 21 milyon 49 min 663, ölüm - 229 min 756), Braziliya (yoluxma – 14 milyon 860 min 812, ölüm – 411 min 854), Fransa (yoluxma – 5 milyon 680 min 378, ölüm – 105 min 387), Türkiyə (yoluxma – 4 milyon 929 min 118, ölüm – 41 min 527), Rusiya (yoluxma – 4 milyon 847 min 489, ölüm – 111 min 895), Birləşmiş Krallıq (yoluxma – 4 milyon 425 min 940, ölüm – 127 min 570), İtaliya (yoluxma – 4 milyon 70 min 400, ölüm – 122 min 5), İspaniya (yoluxma – 3 milyon 551 min 262, ölüm – 78 min 566) və s. ölkələr ən pis statistikaya malik ölkələr kimi fərqləniblər.

Yoluxmaların və ölüm hallarının böyük əksəriyyəti Amerika (41 faiz), Avropa (34 faiz), Cənub-Şərqi Asiya (15 faiz) və Şərqi Aralıq dənizi (6 faiz) ölkələrinin payına düşür.

Nə qədər qəribə olsa da, ilk 27-liyə daxil olan dövlətlər arasında iqtisadi və elmi-texnoloji cəhətdən kifayət qədər inkişaf etmiş, güclü və yaxşı təşkil olunmuş səhiyyəyə, xüsusən farmakologiyaya malik ölkələr kifayət qədər çoxdur.

Əksər dövlətlərdə kritik pandemik durum davam etməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, bir sıra ölkələrdə, xüsusən də Hindistan, Braziliya, İngiltərə, İspaniya, Argentina, Kolumbiya, Cənubi Afrika və s. kimi ölkələrdə bu, daha qabarıq şəkildə özünü göstərməkdədir. Buna baxmayaraq, qeyd edilən dövlətlərdə karantin rejiminin sərtləşdirilməsi və qapanmaların tətbiqi səviyyələri müxtəlifdir. İngiltərədə və İspaniyada xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağa götürülüb. Əsas iqtisadi gəlir mənbələrindən biri turizm olan İspaniyada turist axınını azaltmamaq üçün ölkədə məcburi qaydada maska taxılmasına qoyulan məhdudiyyət aradan qaldırılıb. Almaniyada qapanmalar və karantin qaydalarının bir qədər yumşaldılması müşahidə olunur, lakin bu tədbirlər Angela Merkelin bəyan etdiyinə görə, vaksinin real təsirinin gözlənildiyi yay aylarına qədər davam etdiriləcək. Əhali arasında qapanmalar və lokdaunlara qarşı etirazlar da baş verib. Çexiya və Hollandiyada da analoji vəziyyət müşahidə olunur.

Hazırda pandemik şəraitin xüsusi kəskinləşməsi Hindistan, Türkiyə və Pakistanda yayılıb. Bu ölkələrdə yoluxmaların artmasında bir səbəb kimi sosial kontaktları məhdudlaşdırmaq üçün bir sıra rayon və şəhərlərdə qismən, bəzi yerlərdə isə tam “lokdaun” (yaşadığı yeri tərk etmə qadağası, qapanma) tətbiq edilib. Yoluxmaların sayına görə antirekord vuran Hindistanda ağır vəziyyət davam etməkdədir. Antisanitariya şəraitinin mövcud olduğu rayonlarda və şəhərlərdə gərginlik xüsusilə yüksəkdir. Digər tərəfdən, ölkənin bəzi ştatlarında gedən seçkilərlə əlaqədar yoluxmalar da pik həddə çatıb. Buna görə də bir çox ştatlarda komendant saatı tətbiq edilib. Əhali sayı 1,4 milyarda çatan bu ölkədə, eyni zamanda, zəruri dərmanlar, aparatlar, oksigen, müdafiə vasitələri və s. çatışmır.

Türkiyədə son dövrlərdə, xüsusən müqəddəs Ramazan ayında artan yoluxma və ölüm sayları ölkədə 17 maya qədər davam edəcək sərt lokdaunun tətbiqinə səbəb olub. Ölkədə şəhərlərarası gediş-gəlişlər xüsusi icazələrlə həyata keçirilir. “Qırmızı zona” adlandırılan rayonlarda qadağalar daha sərtdir. Belə ki, əyalətlərdən böyük şəhərlərə alış-veriş məqsədilə edilən səfərlər nəticəsində nəqliyyat vasitələrindəki sıxlıqlar da yoluxmaların həm artmasına, həm də arealının böyüməsinə səbəb olur. Ümumiyyətlə, bütün ölkələrdə şəhərdaxili ictimai nəqliyyatlarda, alış-veriş və əyləncə yerlərindəki mövcud sıxlıqlar pandemiyanın inkişafı üçün münbit şərait yaradır.

Epidemioloji situasiya Braziliyada da gərgindir – ölkə koronavirusa yoluxanlar (dünya üzrə 3-cü yer) və ölənlərin sayına görə (dünya üzrə 2-ci yer) liderlər sırasındadır. Ölənlərin arasında çoxlu həkimlər və digər səhiyyə personalı da var. Pandemiya başlandıqdan indiyə qədər “çökmüş səhiyyə sisteminin” rəhbəri – səhiyyə naziri dörd dəfə dəyişdirilib. Bir sıra ştatlar rəsmən karantin elan etsələr də, bütün ölkə üzrə vahid karantin qaydaları və sərt qapanmalar hələ tətbiq edilmir. Eyni zamanda, ölkədə zəruri preparatların, oksigen, süni tənəffüs aparatları və s. çatışmaması ilə yanaşı, xəstəxanalarda intensiv terapiyaya yararlı yerlərin demək olar ki, 95 faizinin dolması gərginliyi daha da artırır.

Kolumbiya, Argentina, Meksika, İran, Polşa və s. ölkələrdə də yoluxma və ölüm halları sürətlə artdığından sərt qapanmalar tətbiq edilir. Ramazan bayramı və Həcc ziyarətləri ilə əlaqədar Məkkə və Mədinə şəhərlərində də xüsusi karantin rejimlərinin tətbiqi gözlənilir.

Pandemiyanın törətdiyi bir sıra ciddi çətinlik və problemlər var. Sırf xəstəliklə bağlı çətinlikləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Virusun sürətlə mutasiya edərək yeni ştamlarının yaranması onsuz da böyük zəhmət, maliyyə və uzunmüddətli vaxt tələb edən yüksək effektivliyə malik universal vaksin hazırlığı işlərini çətinləşdirir.

2) Yaradılan vaksinlərin sınaqları da ciddi problemlər əmələ gətirir. Bu özünü vaksinin kənar effektlərə malik olduğu hallarda daha aydın göstərir.

3) Bir çox hallarda vaksin və intensiv terapiya üçün digər müalicəvi preparatların, avadanlığın – oksigen, havalandırma aparatları, hətta adi maskaların belə kəskin çatışmazlığı müşahidə olunur.

4) Bir sıra ölkələrdə ağır xəstələrin yerləşdirilməsi üçün xəstəxanalarda terapiyaya yararlı yerlərin olmaması da bu qəbil problemlərdəndir.

Pandemiya nəticəsində dünya iqtisadiyyatına dəyən zərərlər trilyon dollarlarla ölçülür. Bu zərərlərə təkcə qapanmalar, digər məhdudlaşdırıcı karantin rejimləri hesabına istehsalçı müəssisələrin tam gücü ilə işləməməsi və ya tamamilə dayandırılması daxil deyildir. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatları ilə yük və sərnişin daşınmalarının qismən və ya tam şəkildə dayandırılması, müxtəlif məqsədli səfərlərin məhdudlaşdırılması, turizmin demək olar ki, tam aradan qaldırılması iqtisadi ziyanın əsas mənbələrindəndir. Bir çox dövlətlər qapanmaların, karantin rejimini sərtləşdirmə tədbirlərinin tətbiqində böyük çətinliklərlə rastlaşırlar. Belə ki, bu zaman onlar ixtisarlar nəticəsində işindən məhrum olan və ya evdə oturmağa məcbur edilən əhaliyə kompensasiya xarakterli ödənişlərin edilməsi və ya müavinətlərin verilməsi problemi qarşısında qalırlar.

Ən böyük maddi və mənəvi zərər isə onlayn dərs rejiminə keçmək məcburiyyətində qalan orta və ali təhsil sistemidir. Bu sahələrə dəyən zərbə gec aradan qaldırılacaq və itkilərin ləğvi çətin olacaq.

Əminliklə demək olar ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcud durumdan çıxmaq üçün ən effektiv vasitə kütləvi vaksinasiyanın həyata keçirilməsidir. Prosesi mümkün qədər sürətlə aparmaq, qısa müddətdə əhalinin əksər hissəsini əhatə etmək vacibdir. Lazımi miqdarda vaksinlərin alınaraq ölkəyə gətirilməsi istiqamətində dövlət tərəfindən bütün addımlar atılıb. Lakin bildiyimiz kimi, vaksin vurdurmaq könüllüdür və əhalinin müəyyən hissəsinin peyvəndlənməyə inamsız və ya laqeyd yanaşması ciddi problemlər törədir. Vaxtilə dünyada geniş yayılmış və vaksinasiya nəticəsində qalib gəlinmiş yoluxucu xəstəliklərlə bağlı əhalinin mütəmadi məlumatlandırılması səmərə verə bilər. Qeyd edilən məsələlərlə bağlı insanların düzgün yönləndirilməsi, müvafiq maarifləndirmə işinin aparılmasında ziyalıların, mütəxəssislərin üzərinə mühüm vəzifələr düşür. Bu məqsədlə qəzet və jurnalların, televiziya və radio kanallarının, sosial şəbəkələrin imkanlarından geniş istifadə etmək məqsədəuyğundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib