DÜNYA


Papa Fransisk adından Türkiyənin zəlzələ bölgələrinə 10 min ədəd dərman göndərilib

Vatikan, 29 mart, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından Türkiyədə dağıdıcı zəlzələlərdən zərərçəkmiş insanlar üçün 10 min ədəd dərman vasitəsi göndərilib.

AZƏRTAC xəbər verir ki, dərman vasitələri Türkiyə səfirliyi ilə əməkdaşlıq çərçivəsində təyyarələrlə yola salınıb.

Bundan başqa, aprelin 30-dək İtaliyanın bütün kilsələrində Türkiyə və Suriyada zəlzələlərdən zərərçəkmiş insanlar üçün ianələr toplanacaq.

Vatikan tərəfindən daha əvvəl zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün 500 min avro vəsait ayrılıb, “Aurelia” adlı gəmi ilə Türkiyənin Hatay vilayətinin İsgəndərun limanına humanitar yardım göndərilib. Həmçinin İtaliya hökuməti və digər qeyri-hökumət təşkilatlarının təyyarə ilə göndərdiyi yardımlar arasında Müqəddəs Taxt-Tac adından 10 min termal geyim də olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.