İDMAN


Parakarateçilərimiz Avropa çempionatının finalına yüksəliblər

Bakı, 27 may, AZƏRTAC

Türkiyənin Qaziantep şəhərində böyüklər arasında parakarate üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, parakarateçilərimizdən Nihat Məmmədzadə və Emilia Mitilinova gözdən zəif idmançılar kateqoriyasında, Eldar Əhmədov isə əlil arabası istifadəçiləri arasında uğurla çıxış edərək finala vəsiqə qazanıblar.

Qeyd edək ki, bundan əvvəl karateçilərimiz Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət komandamız çempionatın finalına yüksəliblər.

Xatırladaq ki, mayın 29-da başa çatacaq yarışda ölkəmiz 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.