İDMAN


Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) taekvondo idman növü üzrə komandası təlim-məşq toplanışında iştirak etmək üçün Özbəkistana yola düşüb.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 6 parataekvondoçumuz aprelin 25-dək Daşkənddə hazırlıq prosesində iştirak edəcək.

Təlim-məşq toplanışı mayın 9-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa təsnifat oyunlarına hazırlıq xarakteri daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.