CƏMİYYƏT


Parçaya hopdurulan narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdi baş tutmayıb VİDEO

Bakı, 9 dekabr, AZƏRTAC

Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Karqo Terminalında Azərbaycandan Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb. Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kiloqram 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.