İDMAN


“Paris Sen-Jermen” klubu Əşrəf Hakiminin transferini başa çatdırmaq üzrədir

Bakı, 3 iyun, AZƏRTAC

“Paris Sen-Jermen” komandası İtaliyanın “İnter” klubunun futbolçusu Əşrəf Hakiminin transferini başa çatdırmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın idman mətbuatı məlumat yayıb.

İyirmi iki yaşlı müdafiəçi Paris təmsilçisinə keçməyə razılıq verib. Tərəflərin keçid işlərini qısa müddətdə tam həll edəcəyi gözlənilir.

Ə.Hakimi ilə “Bavariya” və “Çelsi” klubları da maraqlanır. Futbolçunun satış qiymətinin 70 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Ə.Hakimi başa çatan mövsümdə İtaliya çempionatında 37 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.