DÜNYA
Parisdə “Məryəm Ana” katedralının ətrafında yaşıllıq zolağının salınması layihəsi belçikalı dizaynerə həvalə edilib
Paris, 28 iyun, AZƏRTAC
2019-cu ildə yanmış Paris “Məryəm Ana” (Notr-Dam) katedralının ətrafında yaşıllıq zolağının salınması və katedralın fasadının daha da cəlbedici olması üçün layihənin həyata keçirilməsi belçikalı landşaft dizayneri Bas Smetsin rəhbərlik etdiyi heyət seçilib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Paris katedralının ətrafında bitki örtüyünün artırılacağı, yeni 131 ağac əkiləcəyi bildirilir. Məqsəd iqlim dəyişikliyi və yüksək temperaturun öhdəsindən gəlmək və ziyarətçilərin katedralı rahat ziyarət etməsini təmin etməkdir. Layihə 2027-ci ildə katedralda tikinti işləri başa çatanda təhvil veriləcək.
Katedralın ətrafında bərpa işləri layihəsinin reallaşdırılması üçün Paris şəhəri 50 milyon avro ayırıb. Bu büdcə ilə 2024-cü ilin ikinci yarısınadək katedralın ətrafında yenidənqurma işləri yekunlaşacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris