DÜNYA


Parisdə ikinci ümumi tətil və nümayişlər başlayıb

Paris, 10 dekabr, AZƏRTAC

Fransada təqaüd islahatına qarşı etiraz tətil və nümayişləri davam edir.

AZƏRTAC xəbər verir ki, hökumətin təqaüd islahatlarına dair qanun layihəsinin tam versiyasının təqdimatı ərəfəsində dekabrın 10-u ikinci ümumi tətil və nümayiş keçirilir.

CGT, FO, Solidaires və FSU kimi böyük həmkarlar təşkilatları və 4 gənclər təşkilatı bu gün ümumi nümayişə çağırışlar edib. Səhər saatlarından paytaxt ətrafında tıxacın uzunluğu 400 kilometrə çatıb.

Ölkə üzrə hər 5 sürət qatarından (TGV) biri fəaliyyət göstərir, paytaxtda 11 metro xəttinin tamamilə bağlı olacağı bildirilib. Şəhər daxili avtobus və tramvayların 50 faizi xəttə çıxacaq.

Parisdə müəllimlər Milad bayramına qədər tətili davam etdirəcəklərini bildiriblər.

CGT həmkarlar təşkilatı 8:00-dək neft emalı zavodunun blokadaya alınması haqqında məlumat yayıb. Nümayişçilər tətilin uğurunu həmkarların birliyində görürlər.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.