İQTİSADİYYAT
“Park Residence Mingəçevir”-in inşası başa çatmaq üzrədir
Bakı, 29 may, Ramiz Quliyev, AZƏRTAC
“AS Group İnvestment” şirkəti tərəfindən tikintisi həyata keçirilən “Park Residence Mingəçevir” yaşayış binasında son tamamlama işləri gedir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda binanın pəncərə profilləri quraşdırılır, kommersiya obyektlərinin yerləşəcəyi ilk 2 mərtəbədə isə divar hörgüsü görülür, daş aqlaydan üzlük çəkilir. Bundan əlavə yeraltı parkinqin giriş-çıxışında təmir işləri gedir.
“Park Residence Mingəçevir”-in inşası 2013-cü ilin dekabrında başlanıb və 2015-ci ilin üçüncü rübündə başa çatması nəzərdə tutulub.
“Park Residence Mingəçevir” Mingəçevir şəhərinin mənzərəli yerində - park yaxınlığında, Kür çayının bir addımlığında inşa edilir.
Bununla da, yaşayış binasının sakinləri geniş və rahat mənzillərindən savayı sağlam istirahətdən də zövq ala biləcəklər.