Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Parlamentin plenar iclasında 39 məsələ müzakirə edilib

İclasda Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyətinə dair hesabatı dinlənilib

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov açaraq gündəlik barədə məlumat verib. Gündəliyə 39 məsələ daxil olub.

Əvvəlcə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı dinlənilib. Hesabatı təqdim edən qurumun sədri Vüqar Gülməmmədov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən maliyyə nəzarəti və şəffaflığın gücləndirilməsi ilə bağlı qarşıya qoyulmuş tələblər, mövcud qanunvericilik aktlarına dövlət başçısının təşəbbüsü ilə edilmiş dəyişiklik və əlavələr Hesablama Palatasının institusional möhkəmlənməsi istiqamətində mühüm addımlardan olub. 2016-cı ilin iş planına uyğun olaraq hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u təhlil olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Dövlət büdcəsinin gəlirlərini əhatə edən tədbirlərin sayı 8 olub, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilib. Hesabat ilində 2 analitik təhlil növbəti ilə keçirilib, 2 nəzarət tədbirinin nəticələrinə məxfi qaydada baxılıb və 1 auditin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin tədbirlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək. Ümumilikdə, 2016-cı ildə auditlə əhatə edilmiş qurumların sayı 155 olub. Eyni zamanda, 2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8 faiz (82 və 74) az olub. Bununla belə, auditlərlə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 34,2 faiz çox olmaqla ümumilikdə əhatə dairəsi hesabat ilində 5,6 milyard manat təşkil edib. 2016-cı ildə əhatə edilmiş vəsaitin 85,5 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,5 faizi isə büdcənin yerli xərcləri üzrə olub, auditin 32-si Bakı şəhərində, 30-u respublikanın ayrı-ayrı şəhər və rayonlarında, 3-ü isə xarici ölkədə yerləşən diplomatik korpusda audit tədbiri aparılıb.

Qeyd edilib ki, hesabat ilində müəyyən edilmiş nöqsanlar və pozuntular vahid yanaşma tətbiq olunmaqla təsnifləşdirilib. Ümumilikdə, 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilib. Yol verilmiş nöqsan və pozuntuların ümumi məbləğinin 21 faizi büdcə qanunvericiliyinin pozulması halları, 25,8 faizi əsaslı xərclər üzrə, 20,2 faizi mühasibat uçotu və hesabatlılıq ilə bağlı, 12,7 faizi dövlət borcu üzrə, 12,5 faizi vergi qanunvericiliyinin pozulması, 7,7 faizi dövlət satınalmaları ilə bağlı olub və 0,1 faizini digər sahələr təşkil edib.

Bildirilib ki, Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını hesabat ilində əsasən üç istiqamət üzrə qruplaşdırıb və ümumilikdə 53,4 milyon manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunub.

Diqqətə çatdırılıb ki, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə bir neçə istiqamətdə tədbirlər həyata keçirilib. Həmin tədbirlərə nöqsanlar səbəbindən artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası ilə yanaşı, vergi borclarının əvəzləşdirilməsi, yerinə yetirilməmiş işlərin başa çatdırılması və təhvil verilməmiş mal-materialların təhvil verilməsi və s. bu kimi tədbirlər aiddir.

Vurğulanıb ki, Hesablama Palatası ötən illərdə həyata keçirilmiş auditlər üzrə görülmüş tədbirlərin sona çatdırılması işinə də diqqət yetirir və bu məlumatlar da daim nəzarətdə saxlanılır. Beləliklə, Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə, 11,3 milyon manat, 75 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası təmin edilib və bu, keçən ilin müvafiq göstəricilərindən 9,6 faiz çoxdur.

Həyata keçirilmiş tədbirlərin bir istiqaməti görülməmiş işlərin başa çatdırılması ilə əlaqədardır. Hesabat ilində qurumlar tərəfindən 4,1 milyon manat məbləğində görülməmiş işlər başa çatdırılıb, sifarişçi-podratçı təşkilatlar tərəfindən 4,4 milyon manat məbləğində işlərin 2017-ci ilin birinci yarısında başa çatdırılacağı ilə bağlı öhdəlik məktubu Hesablama Palatasına daxil olub. Audit olunan qurumlar üzrə 3,6 milyon manat məbləğində maliyyələşmə məbləğinin azaldılması təmin edilib. Dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 282 min manat məbləğində vəsait bərpa edilib, yığım hesabına toplanılmış 209,3 min manat məbləğində vəsait müvafiq hesabatlara bərpa edilib.

2016-cı ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsi vəsaitlərinin icrasını təmin edən qurumların vəsaitlərin istifadəsi ilə bağlı təqdim etdiyi illik maliyyə hesabat və balans göstəricilərinin təhlili işlərinə də başlanılıb. Hesabat ilində 113 qurum üzrə məxfi xərclər istisna olmaqla 5,8 milyard manat məbləğində vəsait bu təhlillərlə əhatə olunub.

Hesablama Palatası tərəfindən həyata keçirilən inzibati fəaliyyət haqqında da geniş məlumat verən Vüqar Gülməmmədov vurğulayıb ki, 2016-cı ildə qurumun fəaliyyətinin təşkili məqsədilə dövlət büdcəsindən 3,3 milyon manat məbləğində vəsait sərf edilib ki, bu məbləğin də 85,9 faizi əmək tutumlu xərclərdir.

Məruzədən sonra müzakirələr başlanıb. Deputatlar Siyavuş Novruzov, Fərəc Quliyev, Əli Məsimli, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov çıxış edərək bildiriblər ki, Hesablama Palatası uğurlu fəaliyyəti ilə ildən-ilə daha mükəmməl quruma çevrilir. Ciddi təhlil və faktlar əsasında hazırlanan hesabat beynəlxalq normalara uyğun şəkildə tərtib edilib.

Müzakirələrdən sonra Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabat səsə qoyularaq nəzərə alınıb.

Sonra Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi ilə bağlı sənədi təqdim edib. Bildirib ki, İTV-nin Yayım Şurasında 6 illik səlahiyyət müddəti başa çatmış üç nəfərin yerinə yeni namizədlər irəli sürülür. Deputatlar Azər Həsrətin, Muxtar İmanovun və Həsən Cəfərovun namizədliyinə müsbət münasibət bildiriblər və sənəd təsdiq edilib.

Daha sonra Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, 5 fəsil, 24 maddədən ibarət olan qanun layihəsi artıq tam təkmilləşdirilib. Deputatların irəli sürdükləri təkliflərin əksəriyyəti nəzərə alınıb.

Komitə sədrinin sözlərinə görə, müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Bu tip təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Qanun layihəsində bir sıra yeniliklər də nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradılacaq. Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisələridir.

Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzləri yeni növ müəssisələr olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara, həmçinin 2005-ci il 3 may tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə məsələlər bir zərfdə parlamentə daxil olub. Hər 4 qanun layihəsində dəyişikliklərin mahiyyəti eynidir. Dəyişikliklər ölkədə korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi daşıyır. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirilir.

Dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Əli Hüseynli, həmçinin deyib ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğunlaşdırma məqsədilə 28 qanuna dəyişikliklər edilməsi təklif olunur. Bunlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında məsələlər, həmçinin “Ətraf mühitin mühafizəsi haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Dərman vasitələri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Telekommunikasiya haqqında”, “Avtomobil yolları haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşma haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında” və “Turizm haqqında” qanun layihələridir.

Millət vəkilləri 28 qanuna təklif olunan uyğunlaşdırma xarakterli dəyişiklikləri səsə qoyaraq qəbul ediblər.

Gündəlikdəki Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Bildirib ki, hər iki qanun layihəsi “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Hər iki sənəd səsə qoyularaq qəbul edilib.

İclasda Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması və deputat Vüsal Hüseynovun qrupun rəhbəri təyin edilməsi ilə bağlı Milli Məclisin qərarı da təsdiqlənib.

Gündəliyin sonuncu məsələsi - “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin birinci oxunuşu barədə isə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Bildirib ki, 10 ilə yaxındır üzərində iş gedən, 3 fəsil, 17 maddədən ibarət olan qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişin daşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.

Qanun layihəsinin təqdimatından sonra müzakirələr başlanıb. Deputatlardan Tahir Kərimli, Musa Quliyev, Tahir Rzayev, Rüfət Quliyev, Hikmət Məmmədov, Qənirə Paşayeva, Sona Əliyeva və İlham Əliyev çıxış edərək bildiriblər ki, sənədin qəbulu tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azalması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasına xidmət edəcək. Deputatlar qanun layihəsinin çox vacib bir sənəd olduğunu qeyd edərək ona müsbət münasibət bildiriblər. Yeni qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb