SİYASƏT


Parlamentlərarası İttifaq Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Bakı, 30 yanvar, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və müasir dövrdə parlament diplomatiyasının rolu vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın MDB, Avropa Şurası və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığını qeyd edib.

Duarte Paçeko təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əlaqələrin möhkəmlənməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.