İDMAN


“Partizani” - “Qarabağ” oyununda qapılara qol vurulmayıb  YENİLƏNİB 2

Bakı, 10 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 10-da keçirilən UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Partizani” - “Qarabağ” oyununun birinci hissəsi 0-0 hesabı ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Ağdam təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 27-ci dəqiqəsində “Qarabağ” hesabı açmağa yaxın olsa da, Filip Ozoviçin vurduğu zərbə qapı tirinə dəyərək meydanı tərk edib.

Oyunun ikinci hissəsində də tərəflər fərqlənə bilməyib və oyun 0-0 hesabı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.