SİYASƏT
Paskal Hacıbəyli Buşe: Heydər Əliyev Azərbaycanın inkişafı və dünyada tanınması üçün bütün gücünü səfərbər etmişdi VİDEO
Paris, 11 may, AZƏRTAC
Heydər Əliyevi ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayında görmüşdüm. Biz, bir qrup diaspor nümayəndəsi qurultayda iştirak edirdik. O, bizi qəbul etdi və hər birimizlə səmimi görüşdü. Bu dahi siyasi xadimin diaspor ilə bağlı əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, onları bir amal uğrunda birləşdirərək həmrəylik yaratmaq idi. O, bu ali məqsədə çatmaq üçün bütün imkanları səfərbər etmişdi.
Bu fikirləri ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş anım tədbirində Hacıbəylilər ailəsinin üzvü Paskal Hacıbəyli Buşe AZƏRTAC-a müsahibəsində deyib.
Həyat yoldaşı Timuçin Hacıbəylinin vəfatından sonra böyük siyasi xadim Heydər Əliyevdən məktub almasından söz açan P.H.Buşe həmin məktubun ona böyük mənəvi dəstək olduğunu bildirib.
“Heydər Əliyev Fransaya səfərə gələndə yenidən bizimlə görüşdü. Onun Azərbaycanın siyasi-iqtisadi maraqlarını necə qoruduğunun, ölkəsini necə sevdiyinin şahidi oldum. Heydər Əliyev kimi zəngin siyasi təcrübəsi olan şəxsiyyətlə görüşmək böyük şans idi”, - deyə P.Buşe diqqətə çatdırıb. O bildirib ki, Heydər Əliyev çətin vəziyyətdə olan Azərbaycanın inkişafı üçün xarici şirkətləri ölkəyə dəvət edir, Qərblə münasibətləri möhkəmlətməyə çalışırdı. O, Azərbaycanın dünyada tanınması üçün bütün gücünü səfərbər etmişdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris