ELM VƏ TƏHSİL


Paytaxt məktəblilərindən fərqli təşəbbüs

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı məktəblilərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş maraqlı videoçarx hazırlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdləri Səməd Vurğunun “Azərbaycan” şeirini fərqli üslubda səsləndiriblər.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin dəstəklədiyi təşəbbüsün əsas məqsədi Azərbaycanın Dövlət Müstəqilliyi Gününün təbliğini genişləndirmək, şagirdləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə etmək, xalqın sarsılmaz həmrəylik hisslərini nümayiş etdirmək, məktəblilərdə Vətənə sevgi duyğularını daha da gücləndirmək və onların yaradıcılıq bacarığının inkişafına təkan verməkdən ibarətdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü münasibətilə hazırlanmış videoçarxın ərsəyə gəlməsində iştirak edən şagirdlər öz ifaları ilə xalqımızın hər bir nümayəndəsinə xas olan vətənpərvərlik hisslərini nümayiş etdirirlər.

Videoçarxda dövlət müstəqilliyimizin qarantı olan Azərbaycan Ordusuna minnətdarlıq hissi təcəssüm etdirilir, ərazi bütövlüyümüzün bərpasına və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına sonsuz inam ifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.